Azərbaycanca По-русски In english
Azərbaycan əhalisinin xərcləri – STATİSTİKA

Azərbaycan əhalisinin xərcləri – STATİSTİKA
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1% üstələyərək, 24,8 mlrd. manata bərabər olub.

Oxu.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 12,6 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4% və 2,9% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,2%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 12,0%-ni ticarət müəssisələri, 53,2%-ni fərdi sahibkarlar, 34,8%-ni isə bazar və yarmarkalar satıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9%, fərdi sahibkarlar üzrə 1,4%, bazar və yarmarkalar üzrə 1,2% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283,4 manat və yaxud 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları alıb.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bu meyvəni yesəniz, sağlam qalarsınız

Axşam.az xarici KİV-ə istinadən kivinin faydaları haqqında məlumat verir: Kivi bədəni toksiki...

"Vertu" şirkəti iflas oldu

Türkiyəli işadamı Hakan Uzanın 4 ay bundan öncə çinli biznesmendən aldığı məşhur lyuks mobil...

Oruc tutarkan başınız ağrıyırsa, bunları edin

Oruc tutarkən baş ağrısı və ya miqren kimi problemlərlə qarşılaşa bilərsiniz. Axşam.az xarici...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.