Azərbaycanca По-русски In english
Yol polisindən sürücülərə nömrələrlə bağlı MÜRACİƏT

Yol polisindən sürücülərə nömrələrlə bağlı MÜRACİƏT
DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar müraciət edib.
İdarədən APA-ya bildirilib ki, son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir.
"Ayrı-ayrı sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin nəzərə almırlar ki, bu hərəkət qayda pozuntusu hesab edilir. Sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə YPX əməkdaşı tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır”, – deyə müraciətdə qeyd edilib.
Yol polisi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilir, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edilmiş elektron protokollardakı görüntülərdə belə hallar aşkarlandığı təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcək.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri

Uşaqlarda və körpələrdə antibiotiklər başda olmaq üzrə dərman istifadəsinə diqqət etmək lazımdır....

Hamilələr bu qidalardan uzaq dursunlar!

Hamiləlik dövründə qadınlar yediklərinə, içdiklərinə fikir verməlidirlər. Çünki ən kiçik bir səhv...

Üz cizgiləriniz hansı xəstəlikdən xəbər verir?

İnsanın üzündən onun xasiyyətini öyrənmək mümkün olduğu kimi, sən demə daxili aləmi, gələcəyi və...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.